Bu ölkədə prezidentin oğluna cinayət işi açıldıbackend

Bu ölkədə prezidentin oğluna cinayət işi açıldı

Braziliya Ali Məhkəməsi ölkə prezidenti Luiz İnasio Lula da Silvanın oğlu Fabio Luiz Lula da Silva barəsində istintaqın başlanmasına icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Fabio Luiz Lula da Silva korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

İstintaqın versiyasına görə, o, iş adamı Antonio Karluş Kamilo Antuneşin maraqlarını Səhiyyə Nazirliyində lobbiləşdirməyə kömək edib.

Məlumata əsasən, polis Fabio Luiz Lula da Silvanın Antuneşə məxsus şirkətlərin Səhiyyə Nazirliyinin rəsmilərinə çıxış əldə etməsində və istehsal etdikləri dərmanların dövlət tərəfindən satın alınmasına təsir göstərməsində rolunun olub-olmadığını araşdıracaq.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə bildirib ki, oğlu ilə bağlı araşdırma hər bir vətəndaş kimi qanun çərçivəsində aparılacaq və o, istintaq prosesinə müdaxilə etməyəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*