Bu ölkədə smartfonlara 2 saatlıq məhdudiyyət qoyuldubackend

Bu ölkədə smartfonlara 2 saatlıq məhdudiyyət qoyuldu

Yaponiyanın Toeake şəhərində hakimiyyət orqanları smartfon istifadəsinə 2 saatlıq məhdudiyyət tətbiq etmək təşəbbüsü ilə çıxış ediblər.

KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb. Könüllü olacaq tədbir artıq oktyabrda qüvvəyə minə bilər.

Şəhərin meri Masafumi Koki bildirib ki, təşəbbüsün məqsədi ailələrin gündəlik həyatda rəqəmsal cihazların rolunu müzakirə etməsinə təkan verməkdir.

“İki saatlıq limit sadəcə tövsiyə xarakteri daşıyır. Bu, vətəndaşların hüquqlarını məhdudlaşdırmaq və ya öhdəlik qoymaq demək deyil”, – deyə, mer vurğulayıb.

Layihəyə əsasən, 6-12 yaşlı uşaqlara saat 21:00-dan, yeniyetmə və böyüklərə isə saat 22:00-dan sonra telefonlardan imtina etmələri tövsiyə olunub.

Hakimiyyət bununla sakinlərin yuxu rejimini yaxşılaşdıracağını və ekran qarşısında keçirdikləri vaxtı azaldacağını düşünür.

Amma təşəbbüs artıq narazılıqla qarşılanıb. Məlumata görə, bələdiyyəyə 83 zəng və 44 email daxil olub. Onların təxminən 80%-i məhdudiyyətləri tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*