Bu ölkədə təhsil nazirinə qarşı etiraz aksiyası başladıbackend

Bu ölkədə təhsil nazirinə qarşı etiraz aksiyası başladı

Hindistanda minlərlə gənc Hindistanın təhsil nazirinin istefasını tələb edərək küçələrə çıxıb

Etirazlar hakimiyyətin tibb kollecinə qəbul imtahanının nəticələrini ləğv etməsindən sonra başlayıb.

KONKRET.az xəbər verir ki, buna səbəb tapşırıqların internetə sızdırılması olub.

Nyu-Dehlidə polis xüsusi bölmələrinin əməkdaşları on minlərlə etirazçı parlament binasına doğru irəlilədikcə göz yaşardıcı qaz və dəyənək tətbiq ediblər, toqquşmalarda 60 etirazçı və 118 polis əməkdaşı xəsarət alıb.

Etirazçıların tələbləri arasında imtahan sisteminin islahatı və imtahan nəticələri ləğv edildikdən sonra intihar edən 20 tələbənin ailələrinə kompensasiya verilməsi var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*