Bu ölkədə üç günlük matəm elan olundubackend

Bu ölkədə üç günlük matəm elan olundu

Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edən nümayəndə heyətinin baş verən təyyarə qəzasında həlak olması ilə əlaqədar üç günlük milli matəm elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti məlumat yayıb.

Hökumətin yazılı açıqlamasında Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd Əl-Həddad və onunla birlikdə qəzada həlak olanların ailələrinə, eləcə də Liviya Silahlı Qüvvələrinə başsağlığı qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*