Bu ölkələr TƏHLÜKƏDƏ – Böhran başladıbackend

Bu ölkələr TƏHLÜKƏDƏ - Böhran başladı

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Kanadada seçicilərin əksəriyyəti son bir il ərzində yaşayış xərclərinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

KONKRET.az xəbər verir ki, aparılan rəy sorğusunun nəticələrinə əsasən, həyat bahalılığı bir çox ölkədə seçkilərin əsas gündəm mövzularından birinə çevrilib. Respondentlər artan qiymətlərin ailə büdcəsinə ciddi təsir göstərdiyini vurğulayıblar.

Sorğu həmçinin göstərir ki, iqtisadi vəziyyətlə bağlı narazılıqlar cəmiyyətdə siyasi balansı dəyişir və mərkəzçi partiyaların mövqelərinin zəifləməsinə səbəb olur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*