Bu ölkəyə artıq vizasız gedə biləcəyikbackend

Bu ölkəyə artıq vizasız gedə biləcəyik

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:/milliaz

1 Belarus 90 gün
2 Gürcüstan 90 gün
3 Qazaxıstan 90 gün
4 Qırğızıstan 90 gün
5 Moldova 90 gün
6 Özbəkistan 90 gün
7 Rusiya 90 gün
8 Tacikistan 90 gün
9 Ukrayna 90 gün
 10 Türkiyə 90 gün
11 Qətər 30 gün

Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir.

12 Birləşmiş Ərəb Əmirlikləri 90 gün
13 Serbiya 90 gün
14 Albaniya 90 gün
15 Mərakeş 90 gün

Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*