Bu rayonumuzu sel basdı — FOTObackend

Bu rayonumuzu sel basdı — FOTO 

Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.

Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*