Bu şəxs Ukrayna-Rusiya danışıqlarında Avropanı təmsil edəcəkbackend

Bu şəxs Ukrayna-Rusiya danışıqlarında Avropanı təmsil edəcək

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcək namizəd kimi nəzərdən keçirilir.

KONKRET.az xəbər verir ki, Almaniyanın “Berliner Zeitung” nəşrinin yazdığına görə, Stubbın ABŞ Prezidenti Donald Trampla yaxşı münasibətləri onun digər Avropa siyasətçilərindən fərqlənən üstünlüklərindən biri hesab olunur.

Nəşrin məlumatına əsasən, Stubbın danışıqlarda iştirakı ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında son dövrlərdə kəskinləşən münasibətlər fonunda tərəflər arasında qarşıdurma riskini azalda bilər.

Bununla belə, Finlandiya prezidentinin Avropanı təmsil edəcək vasitəçi kimi seçilməsi ilə bağlı hələlik yekun qərar verilməyib. Belə bir təşəbbüsün reallaşması Avropa İttifaqı ölkələrinin danışıqlarda vahid mövqe formalaşdırmasından da asılıdır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*