Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİbackend

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən sənədlərin müvafiq qaydada rəsmiləşdirilməsi tələb olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, ölkə daxilində və ya xaricdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hər təhsil pilləsinin hər bir səviyyəsi üzrə yalnız bir dəfə möhlət verilir.

Qanunun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriat səviyyəsində təhsil alan çağırışçılara təhsillərini bitirənədək, lakin 24 yaşdan çox olmamaq şərtilə hərbi xidmətə çağırışdan möhlət verilir.

Xaricdə təhsil alan tələbələr təhsil aldıqlarını təsdiq edən sənədləri müəyyən edilmiş qaydada leqallaşdırmalı və ya onlara apostil almalıdırlar. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, bu tələb müvafiq sənədlərə şamil edilir.

Sənədlər leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra Azərbaycan dilinə tərcümə olunmalı, tərcümə isə notariat qaydasında təsdiqlənməlidir.

Hazırlanmış sənədlər çağırışa cəlb edildikləri ayadək tələbələr tərəfindən qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) struktur bölməsinə təqdim edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*