Bu şəxslərin bir-biri ilə nikaha girməsi QADAĞANDIR – Qanun hansı hallarda “yox” deyirbackend

Bu şəxslərin bir-biri ilə nikaha girməsi QADAĞANDIR – Qanun hansı hallarda “yox” deyir

 Ailə münasibətlərinin rəsmiləşdirilməsi, ailə institutunun hüquq və funksiyaları baxımından nikahların əhəmiyyəti çox böyükdür. Bütün bu məsələlər isə “Ailə Məcəlləsi”, eləcə də digər qanun və normativ aktlarla tənzimlənir.

KONKRET.az xəbər verir ki, bütün bunlara baxmayaraq, Məcəlləyə görə, nikahın bağlanmasına mane olan hallar var. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

övladlığa götürənlər və övladlığa götürülənlər;

ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

Məcəllənin maddəsinə uyğun tibbi müayinədən keçməyən şəxslər. İkisindən biri və ya hər ikisi ruhi vəziyyətdə və ya əqli geriliyi olan şəxslər.

Qeyd edək ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi tibbi-psixoloji və ailə planlaşdırılması məsələləri üzrə həll edilir. Nikaha daxil olmaq hüququ olan şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiqləyən arayış da verilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*