Araq uzun illərdir həm gündəlik məclislərin, həm də mübahisələrin mövzusudur. Bir tərəf onu zərərli vərdiş kimi qiymətləndirir, digər tərəf isə müəyyən hallarda faydalı ola biləcəyini iddia edir. Xüsusilə də az miqdarda araq qəbulunun orqanizmə təsiri tez-tez müzakirə olunur.
KONKRET.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin müəllimi, tanınmış həkim Rəşid Mahmudov dəfələrlə bildirib ki, araqdan məhdud miqdarda istifadə bəzi hallarda qan dövranını sürətləndirir və damarların genişlənməsinə kömək edir. Onun sözlərinə görə, xüsusilə soyuq havalarda və ya güclü stres zamanı çox az miqdarda spirtli içki müvəqqəti rahatlıq hissi yaradır. Bununla yanaşı, antiseptik xüsusiyyətlərinə görə araq tibbdə başqa məqsədlərlə istifadə olunur.
Həkim Əlif Əhmədov isə saytımıza açıqlamasında bildirib ki, bu “fayda” yalnız çox məhdud və nəzarətli istifadəyə aiddir. Həddindən artıq və ya müntəzəm spirt qəbulu qaraciyər, ürək-damar sistemi və sinir sistemi üçün ciddi risklər yaradır: “Araqdan müalicə vasitəsi kimi istifadə etmək doğru deyil. Arağın sayəsində müvəqqəti rahatlıq axtaran insanlar bolməlidirlər ki, onları daimi xəstəlik təqib edir”./metbuataz

kime inanaq
Salam, ümumiyyətlə arağdan mütəmadi müalicə kimi istifadə etmək məsləhəti düzgün deyil, çünki istər-istəməz arağ içməyəni də vərdiş halına aparıb çıxarır, həkimə müraciət etsələr daha yaxşı olar, təşəkkür
Spirtli içki Bir başa Haramdır. insana zərrə qədər faydası olan bir şeyi Allah Haram buyurmayıb.o Rəşid mahmudov necə oxuyub məktəbi ona Xəstə əmanət etmək olmaz. Hər şeyi yaradan, spirtli içkinin xammadəsini də yaradan Allah ona Haram deyibsə kimsənin həddi deyil İnsanlara az miqdar belə olsa bunu təşviq eləmək. O həkimin düşüncəsi bu yerdə di ona xəstə əmanət etmək olmaz.
Hə
Peysərə vuran adam necə ki bunun hesabına varlanırsa, status sahibi olursa eləcə də araq eynən bu misal kimi faydalıdır insana 😄