“Bu təşəbbüslə qürur duyuruq” – ABŞ-dan İranla bağlı açıqlamabackend

“Bu təşəbbüslə qürur duyuruq” - ABŞ-dan İranla bağlı açıqlama

ABŞ-ın müdafiə naziri Piqt Hegset Konqresdə keçirilən dinləmələr zamanı İranla davam edən hərbi münaqişə və ölkə daxilindəki siyasi debatlar barədə kəskin fikirlər səsləndirib.

Nazir hazırda qarşılaşdıqları ən böyük çətinliyin Konqresdəki demokratların və bəzi respublikaçıların “məğlubiyyət ruhlu” çıxışları olduğunu bildirib. Hegset tənqidçilərə İraq, Əfqanıstan və Vyetnam müharibələrinin müddətini xatırladaraq, hazırkı münaqişənin cəmi iki aydır davam etdiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Pentaqon rəhbəri bu mübarizəni Amerika xalqının təhlükəsizliyi üçün “ekzistensial savaş” adlandırıb. O, İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verilməyəcəyini qətiyyətlə qeyd edib. Hegset çıxışında “Biz bu təşəbbüslə qürur duyuruq” deyərək, ABŞ-ın regiondakı hərbi əməliyyatlarının arxasında durduğunu və hədəflərinə sadiq qaldığını bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*