Türk Akademiyasının prezidenti Şahin Mustafayev  Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşdü – FOTOLARbackend

Türk Akademiyasının prezidenti Şahin Mustafayev  Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşdü - FOTOLAR

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

Astana şəhərində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, görüş çərçivəsində Akademiya tərəfindən səfirliyə “Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr – 10 noyabr 2020-ci il)” adlı kitabın qazax dilində nəşri hədiyyə edilib. Nəşrdə Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində həyata keçirilən postmüharibə dövrünə dair sosial-iqtisadi bərpa və inkişaf strategiyası geniş şəkildə işıqlandırılıb.

Qeyd olunub ki, kitab Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilərək Qazaxıstan oxucularına təqdim olunub və bununla da qardaş Azərbaycanın müasir tarixinin mühüm səhifələrinə çıxış imkanı yaradılıb.

Tərəflər görüş zamanı türk dövlətləri arasında elmi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*