Bilirdinizmi ki, Salvador Dali Luvr rəhbərliyindən Jan-Fransua Millenin “Anjelus” tablosunun rentgenini çəkməyi xahiş edib?

Tabloda axşam duası zamanı kəndlilər təsvir olunub, adı da buradan gəlir. “Angelus Domini” (“Rəbbin mələyi”) katoliklərin gündə üç dəfə oxumalı olduqları duanın ilk sözləridir.
Mille günbatımında kəndli ilə arvadını təsvir edib. Onlar başlarını əyib axşam duasına çağıran kilsə zəngini dinləyirlər. Tablonun sadəliyi və dindarlığı tamaşaçıları sarsıtdı, tezliklə reproduksiyası demək olar ki, hər fransız evində asılmışdı.
- “Anjelus”un qızğın pərəstişkarlarından biri Salvador Dali idi (oxuduğu məktəbdə də bu tablonun reproduksiyası asılmışdı). Onu xüsusilə mənzərənin əhval-ruhiyyəsinə yad olan qeyri-adi hüzn cəlb edirdi.
Onilliklər sonra, artıq tanınmış rəssam olduqda (1963-cü ildə), Dali Luvr rəhbərliyinə müraciət edib tablonun rentgenini çəkməyi xahiş etdi. Ekspertiza rəssamın qeyri-adi intuisiyasını təsdiqlədi: boya qatının altında, kartof səbətinin yerində əvvəlcə kiçik taxta tabut çəkilmişdi. Yəqin ki, əsər vaxtında vəftiz olunmaya bilmiş və buna görə xristian qəbiristanlığında yer tapılmayan körpənin dəfni mövzusunda düşünülmüşdü.
Dali sonralar belə deyəcəkdi: “Mən bu tabloda həmişə ölümü hiss edirdim”.
O, bu əsərlə sadəcə maraqlanmırdı, ömrü boyu onun ovsunundan çıxa bilmirdi. Dua edən kəndlilərin obrazları onun öz yaradıcılığında daim dəyişərək (60-dan çox əsər məlumdur) bəzən nəhəng qayalara, bəzən biomorf abidələrə çevrilirdi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
