Tanınmış yazıçı Ernest Heminqueyin kiçik oğlu, 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Heminquey dünyasını dəyişib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, yazıçının ölümü haqqında məlumatı “The New York Times“ nəşri yayıb.
Patrik Heminquey Heminqueyin sağ qalan son övladı idi. O, ABŞ-ın Montana ştatındakı evində vəfat edib. Onun ölümünü Heminquey ailəsinin nümayəndəsi Bettina Klinger təsdiqləyib.