Bu yolda yaranan çuxurlar avtomobillərə təhlükə yaradır – VİDEObackend

Bu yolda yaranan çuxurlar avtomobillərə təhlükə yaradır - VİDEO

Asfalt örtüyü dağılıb…Yolda dərin çalalar yaranıb…

KONKRET.az xəbər verir ki, sürücülər deyirlər ki, Binəqədi rayonu, 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsində yolda yaranmış bu quyulara hər gün onlarla avtomobil düşür.

Ərazidə yaşayanlar bildirirlər ki, yolda tez-tez qəza şəraiti yaranır. Hətta bəzən qəzalar qaçılmaz olur. Sutkanın qaranlıq saatlarında isə təhlükə daha da artır.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvandakı problem yaxın müddətdə aradan qaldırılacaq. Mərhələli şəkildə təmirə ehtiyacı olan ərazilərdə işlər aparılır. Qısa müddətdə həmin ərazidəki problem də həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*