Yaxın günlərdə genişmiqyaslı məhbus mübadiləsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.
O xatırladıb ki, bu yaxınlarda məhbus mübadiləsi olub və sonra Müstəqillik Günü münasibətilə Belarusdan insanlar geri qaytarılıb.
“Tezliklə daha bir genişmiqyaslı mübadilə olacaq”, – deyə Budanov qeyd edib.
