Bundan sonra bu ərazilərə sərnişinlər dronlarla daşınacaqbackend

Bundan sonra bu ərazilərə sərnişinlər dronlarla daşınacaq

Şri-Lanka Mülki Aviasiya İdarəsi (CAASL) sərnişin dronlarından istifadə sahəsində pilot layihəyə başlamaq qərarına gəlib.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, agentlik bu yöndə hazırlığın ilkin mərhələsini başa çatdırıb və 2026-cı ilin sonuna qədər sərnişin daşıyan dronlardan istifadə etməyi planlaşdırır.

Layihə pilotsuz elektrik təyyarələrinin istifadəsini əhatə edir. Hər bir təyyarə eyni anda altı sərnişin daşımaq üçün nəzərdə tutulub.

Onlardan Mərkəzi Dağlıq ərazilərdəki çay plantasiyaları, sahil əraziləri və Mirissa sahillərindəki balina izləmə yerləri üzərindən gəzinti uçuşları, habelə tibbi ləvazimat və dərmanların çatdırılması, xəstələrin təcili daşınması və quru yolu ilə çatması çətin olan ucqar dağlıq ərazilərə çıxış üçün istifadə edilməsi nəzərdə tutulur.

Şri-Lanka rəsmilərinin sözlərinə görə, ekoloji cəhətdən təmiz elektrik dronlarının istifadəsi uçuşların qiymətini azaldacaq və aviasiya sektorunda yeni iş yerləri yaradacaq.

Təhlükəsizliyi təmin etmək üçün uçuşların 120-150 metr hündürlükdə həyata keçirilməsi planlaşdırılır. Bütün dronlar adanın hava hərəkətinin idarə edilməsi sistemləri ilə inteqrasiya olunmuş real vaxt izləmə və monitorinq sistemləri ilə təchiz olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*