Burkino-Fasoda silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatdıbackend

Burkino-Fasoda silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatdı

İyunun 5-nə keçən gecə silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 160-a yüksəlib.

KONKRET.az bildirir ki, məlumatı France-Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla yayıb.

“Ötən sutka biz üç qardaş məzarında 20-si uşaq olmaqla 160 nəfəri dəfn etdik”, – deyə agentliyin həmsöhbəti bildirib.

Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, 2015-ci ildən bəri Burkino-Fasonun həmin hissəsində silahlıların basqınları zamanı əhali arasında bu qədər böyük qırğın olmamışdı…

AzərTAcxatırladır ki, son üç ildə Burkino-Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşı öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*