Camal Ramazanov rüşvət alan MTN generalının məhkəməsinə jurnalistləri BURAXMADIbackend

Camal Ramazanov rüşvət alan MTN generalının məhkəməsinə jurnalistləri BURAXMADI

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov, digər idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesinə jurnalistlər buraxılmayıb.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin yaxınları buraxılsa da, jurnalistlərin məhkəməyə daxil olmasına əsas göstərilmədən icazə verilməyib.

Onu da qeyd edək ki, ötən proses təqsirləndirilən Nizami Şirinovun vəkili vəsatət verərək məhkəmənin qapalı keçirilməsini istəmiş, məhkəmə işin məxfi məlumatlarla heç bir bağlılığı olmadığını əsas gətirərək vəsatəti təmin etməmişdi.

İttihama görə, Nizami Şirinov MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq etməsinə görə Dilşad Aslanovdan 80 min dollar rüşvət alıb.

Bundan başqa təqsirləndirilən şəxslər Milli Ordunun ehtiyatda olan polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən isə 150 min dollar vəsaiti hədə-qorxu və şantaj vasitəsilə əldə ediblər./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*