Afrika əsilli qaradərili model Lolita Makuey görünüşü və gözəlliyi ilə “Barbie” gəlinciyini xatırladır. Seneqallı model “İnstagram” hesabında özünü “qara Hannah Montana” adlandırıb və təxminən 500.000 izləyicisi var.
KONKRET.az xəbər verir ki, cazibəsi ilə hamını özünə cəlb edən Lolitanın şəkillərini görənlər onu cizgi filmi qəhrəmanı hesab edir.
İnstaqram hesabından Lolita qadınlara səslənib: “Əziz xanımlar, kişiləri bu qədər ciddiyə almayın. Onlara gözəl görünmək üçün çalışmayın. Özünüz üçün geyinin, özünüz üçün bəzənin”.
Paylaşımları ilə Lolita bir sıra qadınları özlərinə zaman ayırmağa və görünüşlərinə gözəllik qatmağa vadar edib.
Hazırladı: Günel MUSEYİB