Çeboksarda yarımstansiyada QƏZA: Şəhər işıqsız qaldı, qara tüstü bürüdübackend

Çeboksarda yarımstansiyada QƏZA: Şəhər işıqsız qaldı, qara tüstü bürüdü

Rusiyanın Çeboksar şəhərindəki elektrik yarımstansiyasında güclü qəza baş verib.

Hadisə nəticəsində şəhərin bəzi evləri və işıqforlar elektrik enerjisindən məhrum olub. Şahidlər ərazidən qara tüstü qalxdığını bildirirlər.

KONKRET.az xəbər verir ki, şəhər meri Sergey Trofimov baş verən hadisə ilə bağlı açıqlama verib. O qeyd edib ki, İvan Yakovlev prospektindəki elektrik yarımstansiyasında yaranmış fövqəladə qəza vəziyyətinin nəticələrinin aradan qaldırılması üçün səlahiyyətli xilasetmə xidmətləri işə başlayıb: “Hazırda qəza xidmətləri elektrik təchizatı şəbəkələrinin ehtiyat xətlərə keçirilməsi istiqamətində zəruri tədbirlər görürlər”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*