Çeçenistanda polis kazarmasına hücum – yaralılar varbackend

Çeçenistanda polis kazarmasına hücum - yaralılar var

Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

“Binaya ciddi ziyan dəyməyib”, – Kadırov qeyd edib.

Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*