Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.
KONKRET.az Xitab24.az-a istinadla xəbər verir ki, saxlanılanlardan biri də Xəyyam Səfixanovdur.
Tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov daha əvvəl də məhkumluq həyatı yaşayıb.
X.Səfixanov 2021-ci ildə də həbs edilib. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkarlanmışdı. 2017-ci ildə isə X.Səfixanov Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.
Qeyd edək ki, Ceyhun Mirağayevin qətlə yetirilməsi ilə nəticələnən kütləvi dava Xətai rayonu, Əhmədli qəsəbəsindəki “Ab Hava” restoranında qeydə alınıb Davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır. O, bir sıra beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Perspektivli idmançılardan biri sayılır.

***
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.
Qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, “Əxi Emin” ləqəbi ilə tanınır, kriminalla meylli şəxs olduğu deyilir. Onun özünün də bıçaqla yaralandığı deyilir.
Həmçinin, hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir. Bundan başqa, bir neçə şəxsin də yumruq-təpik, küt alət zərbələri aldıqları qeyd olunur./oxu.az/
