“Bəzi ssenarilərdə yeni siyasi qurumun yaranması ehtimalı istisna edilmir”.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu türkiyəli siyasətçi, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Özgür Özəl deyib.
“Bu mövzu daha çox “fövqəladə vəziyyət ssenarisi” çərçivəsində müzakirə olunur və konkret siyasi addım kimi deyil, ehtimal olaraq qiymətləndirilir.
Partiya daxilində baş verə biləcək hüquqi və siyasi dəyişikliklər, o cümlədən qurultay və seçkilərlə bağlı mümkün məhdudiyyətlər, belə bir vəziyyəti gündəmə gətirə bilər”, – deyə o bildirib.
O qeyd edib ki, əgər belə bir vəziyyət reallaşarsa, siyasi sistemdə gözlənilməz dəyişikliklər və yeni partiya formalaşması ehtimalı ortaya çıxa bilər.
