ABŞ-ın Virciniya ştatında, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) qərargahı yaxınlığında baş verən atışma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, mediada yayılan məlumatlara görə, insidentə səbəb olan şəxs 27 yaşlı Monya Spadaro adlı qadındır.
Hadisə zamanı o, təhlükəsizlik əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb və hazırda xəstəxanada müalicə olunur.
Qadının insident zamanı sərxoş olub-olmaması hələ də araşdırılır. Bununla belə, Virciniya ştatının Arlington dairə məhkəməsinin məlumatına əsasən, Monya Spadaro 2021-ci ildə avtomobili sərxoş halda idarə etdiyi üçün artıq bir dəfə məhkum olunub.
Hadisə ilə bağlı araşdırma davam edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az