Çin Azərbaycanın tikinti bazarına daxil olarsa, evlərin qiyməti enə bilərmi? – AÇIQLAMAbackend

Çin Azərbaycanın tikinti bazarına daxil olarsa, evlərin qiyməti enə bilərmi? - AÇIQLAMA

“Çin Azərbaycanın tikinti bazarına daxil olsa, evlərin qiymətinin ucuzlaşacağını ehtimal etmirəm. Çünki bizdə tikinti sahəsində qiymətlərin yüksək olması texnologiyaların baha olması ilə əlaqədar deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış ekspert Əkrəm Həsənov deyib.

“Onsuz da bizdə tikintidə o qədər də bahalı texnologiyalardan istifadə olunmur. Daşınmaz əmlakın bahalaşmasının başında korrupsiya dayanır. Tikinti şirkətləri dövlət orqanlarına o qədər rüşvət verirlər ki…  Tikinti şirkətləri rüşvət verdikləri pulu da qiymətin üstünə qoyurlar, buna görə də bahalıqdır. Vəziyyətin dəyişəcəyini gözləmirəm. Təəssüf ki, Çin də heç nə dəyişə bilməyəcək”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*