“Rusiya Çin sülhməramlılarının Ukraynaya mümkün cəlb olunmasını müzakirə etməyib”.
KONKRET.az xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putinlə Tramp arasında yeni telefon danışığı hələ planlaşdırılmayıb.
“Lakin lazım gələrsə, telefon danışığını tez bir zamanda təşkil etmək olar”, – deyə Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az