Ukrayna ilə Rusiya arasında raket atışmasından və Rusiya prezidenti Vladimir Putinin videomüraciətindən sonra Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsi tərəflərini təmkinli olmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib: “Mövcud vəziyyətdə bütün tərəflər sakitliyi və təmkinliyi qorumalıdır. Dialoq və məsləhətləşmələr yolu ilə vəziyyəti sakitləşdirməyə səy göstərməli, həmçinin atəşkəsə tezliklə nail olmaq üçün böhranın siyasi həllinə şərait yaradılmalıdır”, – deyı Lin bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az