Çində əhali ardıcıl üçüncü ildir azalır.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verir. Məlumatda daha sonra deyilir: “Ölkə hazırda həm qocalmış əhali, həm də əmək qabiliyyətli insanların çatışmazlığı ilə üzləşir”. 2024-cü ilin sonunda Çinin əhalisi 1,408 milyard nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1,39 milyon nəfər azdır.
Vəli Həsənoğlu,
KONKRET.az