Çində baş verən DƏHŞƏTLİ PARTLAYIŞDA 5 nəfər ölüb, 19 nəfər xəsarət alıb (VİDEO)backend

Çində baş verən DƏHŞƏTLİ PARTLAYIŞDA 5 nəfər ölüb, 19 nəfər xəsarət alıb (VİDEO)

Çinin Shandong əyalətində yerləşən kimya zavodunda baş vermiş güclü partlayış nəticəsində 5 nəfər həlak olub, daha 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, dövlət mediası eyni zamanda 6 nəfərin itkin düşdüyünü bildirib. Hadisə yerindən yayımlanan görüntülərdə göyə qalxan nəhəng boz tüstü sütunu aydın şəkildə görünür. Partlayışın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Partlayış baş verən müəssisə Shandong Youdao Chemical şirkətinə məxsusdur. Bu şirkət dünya üzrə kimyəvi məhsulların ən böyük istehsalçılarından biri kimi tanınır. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Natiq Salim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*