Çində küçələrə hərbi texnikalar yeridildi: Pekin müharibəyə hazırlaşır?backend

Çində küçələrə hərbi texnikalar yeridildi: Pekin müharibəyə hazırlaşır?

Çinin paytaxtında hərbi texnika kolonları gecə saatlarında şəhərin əsas prospektlərindən keçib. Bu hazırlıq tədbirləri İkinci Dünya müharibəsinin başa çatmasının və militarist Yaponiyaya qələbənin 80 illiyinə həsr olunmuş paraddan öncə həyata keçirilib.

KONKRET.az xəbər verir ki, məlumata görə, 3 sentyabrda keçiriləcək tədbirdə Çinin ən müasir silah və texnika nümunələri nümayiş olunacaq.

Paradın yekun hissəsində isə yüz ədəd hərbi təyyarədən ibarət hava eskadrilyası çıxış edəcək. Çin KİV-ləri bildirir ki, bu, son illərin ən möhtəşəm hərbi nümayişlərindən biri olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*