Çinin hərbi gəmiləri və təyyarələri Tayvana yaxınlaşdı – Nə baş verir?backend

Çinin hərbi gəmiləri və təyyarələri Tayvana yaxınlaşdı - Nə baş verir?

Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Çin ordusunun 28 təyyarəsi və 7 gəmisini qeydə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tayvanın müdafiə nazirliyi bildirib ki, 25 Çin təyyarəsi Tayvan boğazı üzərində görünüb:

“Bu gün səhərdən etibarən Tayvan ətrafında fəaliyyət göstərən “28 PLA” təyyarəsi və “7 PLA” Hərbi Dəniz Qüvvələrinin gəmisi aşkar edilib. 28 təyyarədən 25-i Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik”, – Tayvan müdafiə nazirliyinin məlumatında deyilir.

Tayvanın müdafiə nazirliyi mütəmadi olaraq Çin təyyarələrinin və gəmilərinin yaxınlaşmasını qeydə alır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*