Çinli ekspertdən SƏRT AÇIQLAMA: “ABŞ vasitəçi ola bilməz, çünki…”backend

Çinli ekspertdən SƏRT AÇIQLAMA: "ABŞ vasitəçi ola bilməz, çünki..."

“ABŞ Ukrayna danışıqlarında vasitəçi ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu barədə Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Sun Qi deyib.

O bildirib ki, ABŞ Rusiya-Ukrayna məsələsindən mənfəət qazanmaq üçün istifadə edir.

“Ağ Ev danışıqlarda “böyük irəliləyiş əldə olunduğunu” iddia etsə də, mən düşünürəm ki, ABŞ vasitəçi deyil və Rusiya-Ukrayna məsələsindən öz mənfəəti üçün yararlanır. Demək olar ki, bu danışıqlar əslində yalnız “texniki” məsələlərə yönəlib. Onlar Rusiya ilə Ukrayna arasındakı əsas fikir ayrılıqlarını həll edə və atəşkəsə nail ola bilmir. Nə regiondan kənarda olan böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən məcburi nəzarət mexanizmi, nə də Rusiya ilə Ukrayna arasında normal təmas var”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*