Çinlilər qışda buzdan “Tetris”i belə oynayırlar — VİDEObackend

Çinlilər qışda buzdan “Tetris”i belə oynayırlar — VİDEO

Harbin şəhərində keçirilən möhtəşəm Buz və Qar Festivalı üçün buz blokları hazırlayırlar.

KONKRET.az xəbər verir ki, bu festival hər il dekabr ayının sonlarında keçirilir və onun təşkili üçün on minlərlə ton buz tələb olunur.

Hazırlıq dövründə festivalın yaxınlığındakı çay əsl istehsal xəttinə çevrilir: buz blokları birbaşa çayın üzərində kəsilir, daha sonra isə xüsusi nəqliyyat vasitələri ilə festival ərazisinə daşınır.

Bu buzlardan möhtəşəm buz heykəlləri, saraylar, qalalar və müxtəlif memarlıq nümunələri hazırlanır. Harbin Buz və Qar Festivalı dünyanın ən böyük və ən məşhur qış festivallarından biri hesab olunur və hər il milyonlarla turistin marağına səbəb olur.

Ağagül Mürsəlov
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*