Çıxarışlı torpaqlara tələbat artdı: Qiymətlər yarım milyon manata qədər yüksəlibbackend

Çıxarışlı torpaqlara tələbat artdı: Qiymətlər yarım milyon manata qədər yüksəlib

Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir.

Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayış evlərinin inşasına marağın artması bazarda canlanma yaradıb. Əmlak məsələləri üzrə mütəxəssislər bildirirlər ki, hazırda ən çox tələb çıxarışlı torpaq sahələrinədir. Səbəb də ev tikildikdən sonra kommunal xətlərin çəkilməsində problemlə üzləşməmək istəyidir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymətə tikinti aparmaq üçün havanın əlverişli olması da təsir edir. Yəni hər il ənənəvi olaraq yaz-yay mövsümündə torpaq bazarına tələbat artır ki, bu da bəzi işbazların qiyməti yüksəltməsi ilə nəticələnir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*