Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Konkret.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən D.Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi Suraxanı rayonu “Zeytun bağları” adlanan çöllük ərazidə baş verib.
1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu qonşusu 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlunu bıçaqlayıb.
İlkin məlumata görə, onlar içkili olub və aralarında mübahisə yaranıb. Qonşusunu bıçaqlayan D.Abuzərov hadisə yerindən qaçıb.
Dostəli Abuzərov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
