Çoxuşaqlı ailələrin nəzərinə: Uşaq pulu əvəzinə bu yardımı ala bilərsinizbackend

Çoxuşaqlı ailələrin nəzərinə: Uşaq pulu əvəzinə bu yardımı ala bilərsiniz

“Çoxuşaqlı ailələrə görə hər hansısa yardımın edilməsi nəzərdə tutulmur”.

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu yardım çox güman ki, gələn il də həyata keçirilməyəcək.

“Amma çoxuşaqlı ailələr ünvanlı sosial yardım ala bilərlər. Yəni hökumət bu cür yardımları fərdi ünvanlı sosial yardım formasında həyata keçirir”. – deyə o bildirir.

Ekspert qeyd edib ki, fərdi ünvanlı sosial yardımın nə cür hesablayır, ailə üzvlərinin sayı ehtiyac meyarına görə uyğunlaşdırılır.

“2024-cü il üçün 270 manat, 2025-ci il üçün isə infilyasiyaya uyğun olaraq artırılacaq.

Hazırda uşağın sayına görə, uşağın anadan olmasına görə, uşaq pulu adı ilə hər hansı bir kompensasiya nəzərdə tutulmayıb, nəzərdə tutulmayacaq və nəzərdə tutulması da doğru deyil. Çünki ölkənin əhalisinin sayı çoxdur, mövcud əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məsələsi var, eyni zamanda demoqrafik artım var. Ona görə də uşağın sayının artımına subsidiyalaşdırmır və doğru da deyil. Ehtiyacı olan hər kəs üçün ünvanlı sosial yardım şəkilində dövlət dəstək olur”, – deyə o, fikirlərini yekunlaşdırıb.//News24.az

  • Xanım
    Noyabr 4, 2024 - 22:52

    Salam mənim 3 az yaşlı uşagım var.Yoldaşım həbsdədi.qaynatam və qaynanam yaşlıdılar pensiya alırlar.cox cətin vəziyətdəyik. Ünvanlı sosial yardıma müraciyət etmişik və bizi yoxlamaga da gəliblər ama hələdə bir cavab yoxdur 1 aydıki gözləyirik.Sizdən çox xahiş edirəm bizə köməklik edəsiz.Yalvarıram sizə bir ana kimi bu 3 uşaga kömək edin

    • Seyyub
      Noyabr 5, 2024 - 05:19

      Salam hamıda belədir cavab gələcək inşallah yaxşı olar Cop29 a görədir

    • Sahil
      Noyabr 6, 2024 - 22:32

      Səbr edin…Allaha təvəkkül edin.

  • Günay
    Noyabr 5, 2024 - 03:22

    Salam menim 4 uşağım 2 məktəbli 2 az yaşlildi yoldasim fehledi birdən iş olur birdən olmur mən sosyal ala bilmirəm işığım qazım yoxdur sosial sayğac isdiyir mende hara gedim bilmirəm

  • Rizvan
    Noyabr 5, 2024 - 07:16

    Azərbaycanın pullarını mənimsəyib xaraba qoymasalar xalq yaşayar.Birdə Xalid Kərimli bilməlidir ki çox dediyi o kasıb balalar idi ki torpaqlarımızı azad etdilər dövlət onları xoş günlə boyutməmisdi

  • G*****l
    Noyabr 5, 2024 - 08:24

    Öz övladlariniza milyonlar xərcləyən də büdcədə yetəri qədər pul olur amma kasıba verəndə büdcədə pul olmur yalansa Allah tezliklə bəlanızı versin

  • Bəşir
    Noyabr 5, 2024 - 09:02

    Doğru olan uşaq puludur sosyalı kasıb yox varlıya aidi bunu hər kəs gözəl bilir yazırsız ki ölkemizde uşaq çoxdu statiskaya baxıb yazmısan ya yuxuda ele görmüsen 10 milyon əhalisi olan dövlətçin bunarı demey utanc vericidir

  • Simare
    Noyabr 5, 2024 - 09:54

    Nece illerdir deyilir bu usaq pulu . Bu usaq pulu cox usagi az usagi olana baxmir 1 usagda olsa bele bu pul verilmelidir yardim lazm deyil usaq pulu verin

  • samir
    Noyabr 5, 2024 - 19:20

    Bu Xalid di nədi heç özü bilmir nə danışır hardan çoxdu ölkə əhalisi 4-5 min karonada öldü 3 mindən çoxda müharibədə.

  • Eli
    Noyabr 6, 2024 - 02:21

    Salam menim alti uwaqim var tek ozum iwleyirem sosiyal yardimda almiram yoldasimda bura vetendasi deyil

  • Orxan
    Noyabr 6, 2024 - 08:07

    Xalidsen ne zibilsen oz cibunle dusunme her seyi camat qirilir Allah size niye bela vermir bilmirem 6 aydi sosiala senet vermisem hele deyirler gozle agzinza….

  • Elçin Abdullayev
    Noyabr 6, 2024 - 08:09

    Salam mənim 3 uşaqim var özüm restaranda işləyirəm 345 manat maş aliram onan dolanmaq olmur xaiş edrem mizə köməyi edesiz sosyal yardima düz 2 ildi məni girinc qoyub ancaq imtina verilər

  • Seadet
    Noyabr 6, 2024 - 11:58

    Usaq pulu

  • Seadet
    Noyabr 6, 2024 - 12:00

    Usaq pulu berpa edilsin bir ana kimi teleb edirem

  • Ceyran
    Noyabr 6, 2024 - 22:51

    Bəs nə alağ mənim yoldaşım maşınla taksilik edir. Adında maşın var. Ona görə ala bilmirəm. 3 uşğımız var. Birdə xəsdə qaynanam heç pensiya falansa almır.Yoldaşımda ancaq onun dərmanların alır. Bu uşaqları necə təmin edimki.Gələcəyin iki əsgərini böyüdürəm.

  • Arzu
    Noyabr 7, 2024 - 09:28

    Səninkimilər ücün danısmaq necədə asandı Azərbaycandan da cox əhalisi olan dövlətlər var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*