Azərbaycan cüdoçusu Ömər Rəcəbli Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
KONKRET.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə İsrail təmsilçisi Yaniv Aqranovu məğlub edib.
Bununla da Azərbaycan cüdoçuları qitə çempionatında medallarının sayını 5-ə çatdırıb. Daha əvvəl Fidan Əlizadə (57 kiloqram) və Hüseyn Allahyarov (60 kiloqram) qızıl, Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək turnirdə Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.
KONKRET.az