Dabaq təhlükəsi: Riskdən qorunmaq üçün bu tövsiyələrə əməl edinbackend

Dabaq təhlükəsi: Riskdən qorunmaq üçün bu tövsiyələrə əməl edin

Dabaq heyvanlar arasında sürətlə yayılan virus mənşəli xəstəlikdir. Bəs belə halda yoluxmuş heyvanın ətindən istifadə insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, dabaq əsasən heyvan xəstəliyi hesab olunur və insanlara çox nadir hallarda yoluxur. Bununla belə, xəstə heyvanın ətindən istifadə qida təhlükəsizliyi baxımından risk daşıyır:

Asim Vəliyev Archives - Page 8 of 13 - Sağlam Qida

“Xəstə heyvanın əti birbaşa virus mənbəyi olmasa da, belə ət qida təhlükəsizliyi baxımından risklidir. Xəstə heyvanlar yeməkdən imtina edə, hərəkətsizləşə, çəki itirə bilər. Sağlam ətin rəngi çəhrayı-qırmızı tonlarında olur, xoşagəlməz qoxusu olmur. Ət yalnız baytarlıq nəzarətindən keçdikdən sonra istifadəyə yararlı sayılmalıdır.”

Ekspertin sözlərinə görə, təkcə ətin görünüşünə baxaraq onun sağlam heyvana aid olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Bu, yalnız laborator müayinə ilə dəqiqləşdirilə bilər.

“Əti qaynatmaq və ya yüksək temperaturda bişirmək bəzi mikrobioloji və viral təhlükələri azaldır,  amma bu, xəstə heyvanın ətindən istifadənin tam təhlükəsiz olduğu anlamına gəlmir. Belə ətlərdə əlavə toksinlər, zəhərlənməyə səbəb olan maddələr və bakteriyalar ola bilər,” – deyə A.Vəliyev vurğulayıb.

O, əlavə edib ki, ət məhsullarının dondurulması və ya qurudulması dabaq virusunu tam məhv etmir. Virus müəyyən şəraitdə uzun müddət sağ qala bilir.

Ekspert istehlakçılara aşağıdakı qaydalara əməl etməyi tövsiyə edib:

  • Ət yalnız baytar nəzarətindən keçmiş heyvanlardan alınmalıdır;
  • Kəsim zamanı heyvanın hərəkət qabiliyyəti, yemək yeməsi, ayaq və limfa düyünlərində dəyişikliklərin olmamasına diqqət edilməlidir;
  • Ət soyuducuda müvafiq temperaturda saxlanmalı, bişirərkən isə ən azı 70°C temperaturda hazırlanmalıdır;
  • Yoluxma halları qeydə alınmış rayonlardan ət alarkən xüsusi ehtiyatlılıq göstərilməlidir.

Asim Vəliyev vurğulayıb ki, dabaq xəstəliyinə qarşı ən etibarlı qorunma yolu xəstə heyvanların kəsilməməsi və bazara çıxarılmamasıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*