Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldübackend

Dağıstanın keçmiş vitse-premyerinin dul arvadı bıçaqlanaraq öldürüldü

Moskva vilayətinin Rublyov şossesində yerləşən elit Jukovka qəsəbəsində qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Dağıstanın keçmiş vitse-premyeri Hacı Maxaçovun 43 yaşlı dul arvadı Anna evdə boğaz nahiyəsində kəsilmiş yara ilə tapılıb. Cinayətdə şübhəli şəxs qismində onun oğlunun dostu saxlanılıb.

Evdə qəhvəyi ləkələr olan dəsmal, gilizlər və travmatik tapança aşkarlanıb.

Anna Moskva Dövlət Universitetinin İqtisadi və Maliyyə Araşdırmaları kafedrasında dosent vəzifəsində çalışıb. Onun həyat yoldaşı 2013-cü ildə Kutuzov prospektində baş verən kütləvi yol qəzasında həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*