Dağlıq ərazidə yanğın olubbackend

Dağlıq ərazidə yanğın olub

İsmayıllıda dağlıq ərazidə yanğın baş verib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yanğın hadisəsi İsmayıllı rayonu Lahıc-Dəmirçi yolunda dağlıq ərazidə baş verib.

Əraziyə İsmayıllı rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Texnikanın hərəkəti mümkün olmadığından və dağlıq ərazi olduğundan yanğın YMH nin əməkdaşları tərəfindən saat 19:19-də əl vasitəsi ilə söndürülüb.

Yanğın nəticəsində 20 ha ərazidə kol-kos və quru otlaq yanıb, xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*