“Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinə ehtiyac olmayacaq” – AÇIQLAMAbackend

"Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinə ehtiyac olmayacaq" - AÇIQLAMA

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin bütün cəbhə boyu təxribatına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirməkdədir. Bu gün işğaldan azad olunan torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir neçə təkliflər var. Həmin təkliflərdən ən əsası Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən isə Rusiya sülhməramlılarının yerləşdirilməsidir.

Məsələ ilə bağlı KONKRET.az-a danışan Elxan Şahinoğlu bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra özü bütün təhlükəsizlik məsələlərini həll edəcək: “Artıq muxtariyyat məsələsi də bizim üçün aktual deyil. Dağlıq Qarabağ sıradan bir bölgə olacaq. Ermənilərdən yaşamaq istəyən olsa, Azərbaycanın qanunları ilə yaşamalı olacaq. Etməyənin də yolu açıqdır, Ermənistana gedə bilər. Amma mən inanmıram ki, Dağlıq Qarabağda Azərbaycanın qayda-qanunlarını qəbul edib, yaşamaq istəyən erməni çox olsun. Bəlkə də heç olmayacaq. Ona görə də düşünürəm ki, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinə ehtiyac olmayacaq.

Biz işğalçını torpaqlarımızdan qovduqdan sonra sərhəddə bizə təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranacaq. Müharibədən sonra ermənilər bizim şərtləri qəbul etməli olacaqlar. Anlaşma zamanı da sərhəd məsələsi də öz əksini tapmalıdır ki, sonnradan bizə problem yaranmasın. Problemlər yaranarsa, biz əks-hücum əməliyyatları həyata keçirəcəyik. Necə ki, Tovuzda biz bunu etmişdik. Ermənistanın canlı və hərbi texnika baxımından resursları azalıb. Bizimlə anlaşdıqdan sonra hər hansı böyük problem yaradacaqlarına inanmıram. Bizim tərəfdən Türkiyə, Ermənistan tərəfdən isə Rusiya sərhədçilərinin yerləşdirilməsi faydalı ola bilər. Amma bunun reallaşacağına inanmıram”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*