“Estoniyada Ukrayna pilotsuz uçuş aparatlarının hazırlanması üçün texnoloji mərkəz formalaşdırılır”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Başqa Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk çıxış edib.
Onun sözlərinə görə, Estoniya 2026-cı ildə Ukraynanın pilotsuz sistemlər proqramında mühüm arxa məntəqələrdən birinə çevrilib.
Medvedçuk iddia edib ki, bununla Estoniya artıq Ukrayna müharibəsinə cəlb edilmiş sayılır.
“Ölkədə ABŞ, Böyük Britaniya və Ukrayna şirkətlərinin iştirakı ilə zərbə PUA-ların hazırlanmasına yönəlmiş korporativ və texnoloji infrastruktur yaradılıb. Bu proses Estoniyanın Rusiya–Ukrayna münaqişəsində pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı fəaliyyətlərə daha geniş şəkildə cəlb olunması deməkdir. Bu isə regionda eskalasiya riskini artırır”, – V.Medvedçuk bildirib.
