Rusiyanın Novosibirsk vilayətində, Qərbi Sibir dəmir yolunun qovşağının yerləşdiyi Karasuk şəhəri yaxınlığında 5.3 maqnitudalı zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı olmayıb.
