Danimarka orduda xidmət müddətini uzadıb və Trampın Qrenlandiya ilə bağlı bəyanatları, eləcə də Ukraynadakı vəziyyət fonunda ilk dəfə qadınları da hərbi xidmətə çağırmağa başlayıb.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, 1600 hərbçi artıq əvvəlki 4 ay əvəzinə 11 ay müddətinə xidmətə başlayıb.
Bu il çağırış vərəqəsini 19 yaşlı Danimarka şahzadəsi İzabella da alıb (videoda onun qərargaha gəlişi göstərilir). O, Slagelse şəhərində yerləşən alayda xidmət edəcək.
Əvvəllər Danimarkada qadınlar orduya könüllü qoşula bilirdilər, 2026-cı ildən etibarən isə onlar da məcburi çağırışa cəlb olunurlar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
