Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.
KONKRET.az Unikal.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.
Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir.
Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

Şahbaz Mehdiyev çoxdan tutulmalı idi və Daşkəsən şəhər icra köməkçisi yəni şəhər soveti kimi tanınan Nüsrət vəliyevdə tutulub istintaqa təhvil verilməlidir çünki rüşvətxor dələduzun biridə odur camatın maaş kartını ələ keçirib işə cəlb edir və rüşvət almamış heç kəsi işə girməyə imkan vermir özü 3 arvat 4 uşaq saxlayır xahiş edirəm maraqlanın görün bu nəynən saxlayır özüdə camata hədə qorxu gəlir get kimə istəyirsən şikayət elə bu kimə güvənir görəsən xahiş edirəm araşdırın.