Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu – YENİLƏNİBbackend

Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu - YENİLƏNİB

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovu öldürən 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

***

18:07

Daşkəsən şəhərində keçirilən toy mərasimində bıçaqlanma olub, ölən var.

KONKRET.az xəbər verir ki, Daşkəsən şəhər ərazisində keçirilən toy mərasimində qonaqlar arasında mübahisə yaşanıb.

Bir nəfər bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*