Daxili İşlər Nazirliyi zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edirbackend

Daxili İşlər Nazirliyi zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Müsabiqədə tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Namizədlər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını [email protected] elektron poçt ünvanına göndərməlidirlər”.

Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-80-66; (012) 590-98-37;

(012) 590-93-64; (012) 590-97-52;

(012) 590-94-12; (012) 590-83-69; (012) 590-80-63.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*