Dəhşət: Sürücü maşında yanaraq öldübackend

Dəhşət: Sürücü maşında yanaraq öldü

Zaqatalada “VAZ 21099” markalı avtomobil ağaca çırpılıb, sürücü sükan arxasında yanaraq ölüb.

KONKRET.az xəbər verir ki, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunda Yeni Suvagil kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Əfəndi oğlu Mülkümov idarə etdiyi “VAZ21099” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü Ə.Mülkümov sükan arxasında yanaraq ölüb.

Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*